“Ermənilər ayıldılar ki, “Yaşma” Şuşanı götürüb” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər ayıldılar ki, “Yaşma” Şuşanı götürüb” - Video

Sosial

19 Noyabr 2023 16:43 842


Baku TV-nin “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.

Budəfəki buraxılışda Vətən müharibəsi iştirakçısı Rizvan Məmmədov keçdiyi döyüş yolundan danışıb. Cəbhəyə könüllü olaraq yollanan müharibə veteranı Füzuli, Qubadlı və Şuşa döyüşlərində iştirak etdiyini qeyd edib.

R.Məmmədov Qubadlı döyüşlərində ermənilərlə üz-üzə vuruşduqlarını bildirib: Dominos pizza

“Haradasa aramızda 120-130 metr məsafə var idi. Onlarla səhərə kimi döyüşdük. Səhər açıldıqda maşınlar gəldi, ermənilər məcburiyyətdən maşınlara minib qaçmağa başladılar”.

R.Məmmədov Şuşa döyüşlərindən də bəhs edib:

“Daşaltıda bizim sağ istiqamətimizdə “Yaşma” vuruşurdu. Biz erməniləri qəsdən öz üzərimizə çəkdik. Onlar elə bildilər ki, biz “Yaşma”danıq. Ermənilər üstümüzə gələndə gördülər ki, artıq Şuşa şəhəri “Yaşma” tərəfindən götürülüb”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!