“Ermənilər babamla nənəmi öldürüb, meyitlərini yandırdılar”  - Xaçatryanının məhkəməsi

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər babamla nənəmi öldürüb, meyitlərini yandırdılar” - Xaçatryanının məhkəməsi

Maraqlı

17 Oktyabr 2023 15:32 376


“Meşəli hadisələri zamanı 10 yaşım vardı, gözümün qarşında babamla nənəmi öldürüb, məni girov götürdülər”. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bunu Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə zərərçəkən şəxs qismində ifadə verən Ramil Sadıqov deyib. 

O bildirib ki, hadisə günü səhərə yaxın silah səslərinə oyanıb: "Həmin vaxt babam Əvəz Sadıqov və nənəm Qönçə Sadıqovanın yanında qalırdım. Səhərə yaxın atışma oldu. Babam dedi ki, gizlənin. Evimizə tərəf hücuma keçdilər. Babam və nənəmi silahla vuraraq öldürdülər, meyitlərini yandırdılar. Məni isə tutdular. Birinci dayımın "Niva"sı ilə aparmaq istədilər. Lakin maşın işə düşmədi. Mişa adlı erməni məni Badara kəndinə apardı, yaxınları ilə dəyişmək istəyirdi. Lakin məni onun əlindən aldılar. 2 gün Badara kəndində, 24 gün Şuşakənddə, Xankəndidə qalmışam. Sonra məni Əsgəranda ermənilərlə dəyişdilər".  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!