Ermənilər Bakının ətəyindən yapışdı - Qarabağda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Bakının ətəyindən yapışdı - Qarabağda nə baş verir?

Rəsmi

11 Aprel 2023 14:15 4721


“Qarabağ iqtisadi zonasında yaşayan etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, humanitar problemlərin həll olunması və infrastrukturla bağlı məsələlərin kökündən həlli bu gün müzakirə olunan mövzular sırasındadır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Xankəndidə mövcudluğunu qoruyan separatçı rejim təmsilçilərinin bu gün rəsmi Bakı ilə yeni bir görüşün keçirilməsi ilə bağlı göndərdiyi təklifdən söz açıb. pizza sifarişi

İ.Hüseynovun qənaətinə görə, bu proses artıq başlanıb və biz müxtəlif epizodları görürük, habelə müxtəlif yanaşmalar sərgilənir:

“Bu yaxınlarda Xankəndidə Azərbaycanın tibb personalının olması, ondan əvvəl isə Xankəndidən olan bir erməninin azərbaycanlı ekoloqlara yaxınlaşması və onlardan su, yemək və siqaret ilə bağlı tələbatlarının olmasını bildirməsi onu deməyə əsas verir ki, Azərbaycan bu məsələdə çox prinsipialdır və ortada qəti bir siyasi iradə vardır”. 

Analitik xatırladıb ki, Xocalıda Rusiya sülhməramlılarının iştirakı ilə ilk görüşün keçirilməsindən sonra əldə olunan razılığa görə növbəti görüşün Bakı, Gəncə və Bərdədə keçirilməsi haqqında fikirlər yürüdülürdü:

“Lakin biz gördük ki, Prezident Administrasiyasının növbəti görüşün Bakıda keçirilməsinə dair 2 dəfə israrlı tələbi olsa da, bu tələblər yerinə yetirilmədi. Sonuncu görüşün aprel ayının birinci həftəsində keçirilməsi təklif olunmuşdu. Bu görüşün baş tutmamasından sonra isə artıq ermənilər növbəti görüşün Rusiya sülhməramlılarının iştirakı ilə keçirilməsinə dair fikirlər irəli sürdülər”. 

Politoloq diqqəti ona yönəldib ki, əslində, bu görüş keçirilə bilər və rəsmi Bakı bunu istisna etmir:

“Lakin önəmli məsələ Azərbaycanın təkliflərinin yerinə yetirilməsidir. Çünki ərazinin sahibi suveren hüquqlara malik olan rəsmi Bakıdır və Bakının tələbləri burada prioritet təşkil etməlidir. Azərbaycan üçün əsas məsələ etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası kontekstində onların hüquq, təhlükəsizlik və sağlamlığının qorunmasıdır ki, bu xüsusda da artıq müxtəlif yanaşmaları müşahidə etməkdəyik”. 

Siyasi təhlilçi bəyan edib ki, Azərbaycanın buradakı əsas tələbləri yerinə yetirilmədikcə, belə olan halda prosesdən vaxt udmaq, prosesləri sabotaj etmək, eləcə də müxtəlif formada burada manipulyasiyalar həyata keçirmək də tamamilə yolverilməzdir:

“Çünki biz görürük ki, görüşün keçirilməsi və görüşə dair fikirlərin irəli sürülməsi kontekstində separatçılar tamamilə başqa formada bunun təqdimatının keçirirlər. Amma Azərbaycanın buradakı niyyəti Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını alması yönündədir. Düşünürəm ki, bu proses məhz Azərbaycanın diktəsi və tələbləri ilə yekunlaşmalıdır”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!