“Biz bu gün hamımız xalq olaraq ordumuzun, Ali Baş Komandanın, dövlətin yanındayıq. Hamımız uğurlarımızla, dövlət başçısının apardığı siyasətlə fəxr edirik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Arif Quliyev deyib. Aktyor Azərbaycanın mövqeyinin humanist olduğunu bildirib:
“Biz bu gün düşmənə deyirik ki, siz illərdir bizim dediyimizi qanmadınız, hörməti anlamadınız. Biz sizə şərait yaratdıq, amma siz evin içində ev tikməyə başladınız. Deyir, qanmayanı top-tüfənglə qandırarlar. Lakin bizim dövlətimiz çox humanistdir, Ali Baş Komandanımız hər çıxışında vurğulayır ki, bizim dinc insanlarla işimiz yoxdur, biz yalnız terrorçularla, özgə torpaqlarına yiyələnmək istəyənlərlə savaşırıq. O xalqa biz illərlə çörək vermişik, yaşamağa şərait yaratmışıq. Bundan sonra sadə xalq bizimlə yaşaya bilər, lakin bizim vətəndaşlığı qəbul etməlidir. Böyük uğurla ordumuz irəliləyir, döyüşə gedənlər deyir ki, təki şəhid olaq, amma torpaqlarımız qayıtsın. Prezidentimiz var olsun ki, hər zaman xalqa arxa-dayaqdır, ona görə də bu gün əsgərlərimiz heç nədən qorxmadan, fikirləşmədən vətənin müdafiəsinə gedirlər”. Marqarita pizza
A.Quliyev bu gün bütün Azərbaycan xalqının bir olduğunu qeyd edib:
“Azərbaycanın bu dərəcə birliyini mən hələ görməmişdim. Və dünya da görür ki, bizim işimiz haqq işidir. Bəziləri qanmaq istəmirlər, bəziləri qansa da danışmır, bəziləri də utandıqlarından səslərini çıxarmırlar. İnşallah, şad xəbərlər eşidirik, eşidəcəyik də. Amma gərək səbrli olaq, çox haya-küyə salmayaq. İnsanlar çox sevinirlər düzdür, amma gərək bildirməyək. Qoy hər şey tamamlansın sonra “Bu bizik!” deyərik. Düşmənləri öz sərhədlərinə qədər qovacağıq. Bizimlə yaşamaq istəyən də gəlsin bizim pasportumuzu alsın, sonrarasına baxarıq...”
Əsmətxanım
Telegram kanalımız