“Azərbaycan və Ermənistanın əsirlərinin qaytarılması ilə bağlı razılaşmalarından sonra baş verəcək hadisələr müsbət istiqamətdə inkişaf edəcək. Çox inanmaq istərdim ki, cənab Simonyanın sözləri həqiqətə çevriləcək və Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalanacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.
O, 32 erməni və 2 azərbaycanlı hərbi əsirin geri qaytarılmasından sonra tərəflərarası münasibətlərin növbəti perspektivindən söz açıb. pizza hut
Z.Əlizadə əmin edib ki, beləliklə də 2 dövlətin münasibətlərini tənzimləyən beynəlxalq müddəalar öz təsdiqini bu çərçivə sazişində tapacaq:
“Mən bunu hiss edib görürəm. Artıq erməni cəmiyyəti tarix boyu onu uçuruma aparan yanlış təsəvvürlərdən tədricən xilas olur və haqq yoluna qədəm qoyur. Ermənilər qonşuları ilə qarşılıqlı etimad əsasında dinc yaşamağa hazırlaşır. Əminəm ki, bunlar erməni xalqına və qonşularına xoşbəxtlik və əmin-amanlıq gətirəcək”.
Analitikin fikrincə, imzalanacaq müqavilə hər iki xalqın uzun müddətdir gözlədiyi bir hadisə idi:
“Məncə, buna sürpriz demək olmaz. Çünki bunun imzalanması yolunda böyük çətinliklər durur. Çətinliklərin ən önəmlisi isə hər iki tərəfin beynində olan yanlış təsəvvürlərdir. Odur ki, bu sazişin imzalanması, mənə görə, böyük bir hadisədir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız