Ermənilər “İskəndər“i Rusiyadan oğurlayıb? -   Absurd iddia

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər “İskəndər“i Rusiyadan oğurlayıb? - Absurd iddia

Maraqlı

07 Aprel 2021 12:20 566


İkinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun "İskəndər-M" raketindən istifadə etməsi ilə bağlı araşdırmalara davam etdirilir.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Rusiyanın "pravda.ru" nəşri yazır.

Müəllif Aleksandr Artamonovun sözlərinə görə, raketin istifadəsi faktı ilə bağlı aparılmış ilkin araşdırmalar nəticəsində müəyyən olunub ki, ixrac üçün qadağan edilən "İskəndər-M" raketi Rusiyanın hərbi anbarlarının birindən oğurlanaraq gizli yollarla Ermənistana gətirilib Marqarita pizza

Qeyd olunur ki, Rusiyada Yerevanın güclü hərbi lobbisinin maraqlarına xidmət edən gizli cinayətkar şəbəkə fəaliyyət göstərib və bu şəbəkədən çox böyük ehtimalla baş nazir Nikol Paşinyanın xəbəri olub.

Müəllif vurğulayır ki, müharibənin son günlərində Ermənistan tərəfinin "İskəndər-M" raketindən istifadəsi yalnız bir məqsəd güdürdü: Onlar hər cəhdlə Rusiyanı münaqişəyə cəlb etməyə çalışırdılar. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!