Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən keçdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Laçın sərhəd-buraxılış məntəqəsindən keçdi

Rəsmi

18 Avqust 2023 18:53 1221


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 8 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində 26 nəfər şəxs olub. Onlardan 3-ü BQXK-nin üzvü, 8-i sürücü, 11 nəfəri xəstə, 3 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisidir. pizza

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!