Ermənilər məcburi köçkün yaşayış kompleksini artilleriya atəşinə tutdu -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər məcburi köçkün yaşayış kompleksini artilleriya atəşinə tutdu - Fotolar

Rəsmi

29 Sentyabr 2020 14:09 2256


Bu gün səhər erməni silahlı qüvvələri Tərtər rayonunda 2017-ci ildə açılışı olan 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksini artilleriya atəşinə tutub.

“Yeni Sabah”ın məlumatına görə, yaşayış kompleksində olan 34 yaşayış binasından yeddisinə, eləcə də infrastruktura ciddi ziyan dəyib.

Azərbaycan Ordusu düşmənin təxribatına layiqli cavab verir. Pepperoni pizza

Ermənistan dinc sakinləri atəşə tutmaqla müharibə cinayəti törədir, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu nümayiş etdirir.

AZƏRTAC-ın fotoqrafı Tofik Babayevin düşmənin hədəf aldığı məcburi köçkünlər üçün salınan yaşayış kompleksindən çəkdiyi fotoları təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!