Ermənilər mövqelərimizi 6 saat atəşə tutdu - TƏXRİBAT

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər mövqelərimizi 6 saat atəşə tutdu - TƏXRİBAT

Rəsmi

06 İyun 2023 09:39 1064


İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə  atəşə tutub. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. pizza hut

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!