Ermənilər Qarabağda narkotik becərir - Əli Həsənov

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağda narkotik becərir - Əli Həsənov

Sosial

15 Aprel 2019 19:16 768


Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil.

"Yeni Sabah" xəbər verir ki, bunu Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransına həsr olunmuş mətbuat konfransında deyib.

Baş nazirin müavini Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi haqqında danışarkən qeyd edib: "Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib". Dominos pizza

Ə.Həsənov vurğulayıb ki, məsələ ilə bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub. Bundan sonra monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Baş nazirin müavini mətbuat konfransında Bakıda apteklərdə psixtrop tərkibli dərmanların satılması ilə bağlı sualı cavabında isə deyib ki, bunun qarşısı almaq üçün ciddi tədbirlər görülüb və bu gün elə bir şey mümkün deyil.

Ə.Həsənov qeyd edib ki, əvvəllər belə hal qeydə alınsa da, bu gün həmin faktlara rast gəlinmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!