Ermənilər Qazaxda yaşayış evlərini atəşə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qazaxda yaşayış evlərini atəşə tutdu

Hadisə

13 Mart 2020 13:48 468


Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.  

"Yeni Sabah" Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, 13 mart tarixində 11:45 radələrindən başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri ER-nın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.  Dördpendirli pizza

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!