Ermənilər sərhədə ağır texnika çıxarır, İran isə kəşfiyyat dronlarını işə salır

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər sərhədə ağır texnika çıxarır, İran isə kəşfiyyat dronlarını işə salır

Rəsmi

08 Sentyabr 2023 14:07 2319


Erməni istifadəçilərin sosial şəbəkələrdə yaydığı videolarda Ermənistan Silahlı Qüvvələrinin "Smerç" yaylım atəşli sistemləri və digər hərbi texnikanı Azərbaycanla sərhədə çıxardıqları görünür.

Eyni zamanda, azərbaycanlı istifadəçilər hərbi texnika kolonlarının hərəkətinə dair video yayırlar.

Qoşunların yerdəyişməsi barədə materialların yayımlanmasının yolverilməzliyilə bağlı hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarına baxmayaraq, bu cür videolar yayılır. Pepperoni pizza

Ötən gün bəzi Qərb və yerli mənbələr İran tərəfinin şimal sərhədləri boyunca aktivləşdiyini bildiriblər. Belə ki, Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəd boyunca Şahed 171 kəşfiyyat dronlarının uçduğu bildirilir.

Bundan öncə də iranlılar həmin zonada təlimlər və aviasiya uçuşları keçirərək hərbi fəallıq göstəriblər. Görünür, Tehranda Ermənistanla Azərbaycan arasında növbəti hərbi toqquşmanın mümkünlüyünü hesab edirlər. 

Turan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!