Ermənilər Şuşanı itirdiklərin etiraf etdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Şuşanı itirdiklərin etiraf etdi

Rəsmi

08 Noyabr 2020 07:49 39650


Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Azərbaycan Ordusunun Şuşa istiqamətində uğurlarını etiraf etmək məcburiyyətində qalıb.

“Yeni Sabah” xəbər verir ki, A.Ovannisyan Şuşa ətrafında ağır döyüşlərin artıq 3 gündür davam etdiyini bildirib. O, Azərbaycan Ordusunun yeni qüvvələr cəlb etdiyini, bəzi mühüm mövqeləri ələ keçirdiyini deyib. O, Şuşada ağır məğlubiyyətə uğradıqlarını bu sözlərlə etiraf edib:

”Hər şeyə rəğmən, panikaya düşmək olmaz. Biz geri çəkilsək belə, gələcək qələbələr naminə döyüş qabiliyyətini qoruyub saxlamalıyıq”. pizza hut

Qeyd edək ki, bundan öncə “Le Monde” erməni ordusunun Şuşa ətrafında darmadağın olduğunu yazıb. /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!