“Heç şübhəsiz ki, ermənilər hazırda bundan siyasi vasitə kimi istifadə edirlər. Amma reallıq budur ki, illər boyu Xankəndidə bu şərait yaradılmayıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.
O, son günlər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidən İrəvana daşınan xəstələrdən, habelə erməni təbliğat maşınının bundan “məharətlə” istifadə etməsindən söz açıb. pizza mizza
Xatırladaq ki, son günlər Xankəndidən İrəvana daşınan xəstələrin sayı çoxalıb.
Məsələyə münasibət bildirən N.Şəfiyev vurğulayıb:
“Bəlkə də Xankəndidə gözəl bir xəstəxana binası var, mən görməmişəm. Amma bu xəstəxana binasında müasir avadanlıq olmalıdır ki, bu da külli miqdarda vəsait tələb edir. Yaxud müasir səviyyəli həkimlər olmalıdır ki, həmin erməni həkimlər gəlib Xankəndidə işləsin. Lakin onlar gedib erməni diasporunun vasitəsilə Fransada, Rostovda, Moskvada işləməyi seçirlər. Xankəndidə niyə gəlsinlər ki?!”
N.Şəfiyevin qənaətinə görə, ermənilərin hazırda Xankəndidə müalicə almaq imkanları yoxdur:
“Bu, ağır xəstələrə aiddir. Yüngül xəstələri elə Azərbaycanın özündə də feldeşer məntəqələrində yola verirlər. Ucqar kəndlərdə vəziyyət necədirsə, Xankəndidə də elədir. Ağır xəstələri rayon mərkəzlərinə, ehtiyac duyularsa, Bakıya gətirirlərsə, onlar da öz xəstələrini İrəvana aparırlar”.
Müsahibimiz bir xatırlatma da edib:
“Azərbaycanın müvafiq qurumları və ekoaktivistlərin hamısı dəfələrlə deyib ki, istənilən yardımı göstərməyə hazırıq. Yəni xəstəsinizsə, İrəvana getməyə ehtiyac yoxdur, müalicə də edərik. Amma onlar bu məsələni siyasi müstəvidə istifadə etmək və bir daha özlərini “məzlum xalq” kimi göstərmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə aparırlar. Yəni bütün dünyaya göstərirlər ki, “baxın, Azərbaycan bizə imkan vermir ki, xəstlərimiz aparaq, İrəvanda müalicə alsınlar””.
Siyasi təhlilçinin fikrincə, BQXK-ni bu işə cəlb etmə şoudur:
“Düşünmürəm ki, bunun bir ciddi təsiri olsun. Çünki fakt odur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi müraciət edən kimi, Azərbaycan o xəstələri buraxır. O cümlədən dəfələrlə deyilib ki, yol açıqdır və istənəsiz, onlarsız da gedə bilərsiniz. Yəni ermənilər mülki avtomobillə İrəvana yola düşsələr, onsuz da onların qarşısını alan olmayacaq. İrəvana gedib Xankəndiyə geriyə qayıda bilərlər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız