Ermənilər Azərbaycanın tələbini yerinə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Azərbaycanın tələbini yerinə yetirdi

Maraqlı

01 Mart 2021 11:05 921


Ermənilər rəsmi Bakının tələbini yerinə yetiriblər.

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı törətmiş Qaregin Njdeyə ucaldılan heykəlin üzərinə örtük çəkiblər.

Bu addım Azərbaycan tərəfinin heykəllə bağlı kəskin etirazından sonra həyata keçirilib. Abidənin tam sökülməsi ilə bağlı danışıqlar aparılır. pizza mizza

Xatırladaq ki, Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunmuşdu. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölmüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!