Ermənilərə məğlubiyyət millimizin sabiq baş məşqçisinə baha başa gəldi -   İstefa

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərə məğlubiyyət millimizin sabiq baş məşqçisinə baha başa gəldi - İstefa

İdman

09 Sentyabr 2019 09:02 1161


Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasında tutduğu baş məşqçi postundan istefa verib.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb komandanın "AVRO-2020"nin seçmə mərhələsində Ermənistanla matçında 2:4 hesablı məğlubiyyətlə üzləşməsi olub. O, istefasından danışarkən bunları deyib:

“Hamı ilə bu barədə danışdıqdan sonra qərara gəldim ki, artıq getmək vaxtıdır. Komandaya baş məşqçi kimi gələndə düşünürdüm ki, bu qrupdan yaxşı xalla çıxa biləcəyik. Bu gündən bu yığmada baş məşqçi postunda deyiləm”. Marqarita pizza

Qeyd edək ki, hazırda Bosniya və Herseqovina millisi J qrupunda 7 xalla 4-cü pillədə qərarlaşıb. Ermənistan millisi isə 9 xalla 3-cü sıradadır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!