“Ermənilərin aqibəti faşistlərin aqibəti kimi olacaq“   - Mübariz Tağıyev

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilərin aqibəti faşistlərin aqibəti kimi olacaq“ - Mübariz Tağıyev

Mədəniyyət

30 Oktyabr 2020 14:29 1011


Xalq artisti Mübariz Tağıyev cəbhə bölgəsində baş verənlərdən bəhs edib.

Yenisabah.az-a danışan sənətçi bu sözləri dilə gətirib:

“Bilirsiniz, son bir ayda yaşadıqlarımız, uğurlarımız doğrudan da tarixə düşəsi hadisələrdir. Müharibənin getdiyi relyefi, dağlıq ərazilərdə gedən döyüşləri nəzərə alsaq, görərik ki, çox çətindir. Azərbaycan ordusuna halal olsun! Əsgərlərimizə, Ali Baş Komandanımıza, həmçinin xalqımıza eşq olsun. Xalqda bugünkü kimi birlik heç bir zaman olmayıb. Hazırda nə müxalifət var, nə böyük, nə də kiçik var, hamının bir amalı, bir istəyi var: Torpaqlar geri qayıtsın. Mən sənət adamıyam, bizim də əlimizdən gələn odur ki, mahnılar, simfoniyalar yazaq, oxuyaq. Bundan sonra da yazılacaq, oxunacaq, ancaq mənə elə gəlir ki, bu şücaəti təsvir etmək üçün bir-iki kəlmə bəs etməz”. pizza

Bərdə terroruna biganə yanaşmayan müğənni erməniləri bu addımına görə faşit adlandırıb:

“Hər gün şad xəbərlər gəlir, digər tərəfdən də bu bədbəxtlərin başımıza gətirdiyi müsibətlər adamı üzür. İndi də Bərdəni atəşə tuturlar. Bunlar yer üzündən silinməli millətdir, bilmirəm nə deyəm. Tarixdə belə şey olmayıb, əvvəl faşistlər ikinci dünya müharibəsində bu yola əl atıblar. Artıq uduzanda əllərindən bir şey gəlmədiyini görüb hara gəldi atıblar. Bu ermənilər də faşistlər kimidir, elə olmasaydı faşistə 6 metrlik heykəl qoymazdılar. Onların da aqibəti elə ikinci dünya müharibəsindəki faşistlərin aqibəti kimi olacaq. Az qalıb, çox az  qalıb. Sənət adamlarının da tək istəyi, arzusu odur ki, Qarabağda, Cıdır düzündə möhtəşəm konsertdə oxusunlar”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!