“Sülhdən başqa yol yoxdur. Onsuz da bütün müharibələrin sonu barışıqdır. Və bu barışığı hökmən rəsmiləşdirmək lazımdır…”
Bu sözləri Yenisabah.az-a Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
Son günlər erməni KİV-lərinin xalqı sülhə səsləyən xəbərlər paylaşması barədə danışan millət vəkili onların sülhdən başqa yolu olmadığını bildirib: pizza sifarişi
“Ermənistanla Azərbaycan arasında çox savaş olub son 250 ildə. 1905-1906-cı ildə, 1918-ci ildə, 1988-1992-ci ildə və nəhayət son savaş…
Bu savaşlar nə qədər ağır olsa da, çox böyük itkilərlə nəticələnsə də yenə də sonu olmalıdır, bu savaş bir yerdə dayanmalıdır. Bu savaş əbədi davam edə bilməz. Sonuncu savaşın ən ağır tərəfi odur ki, Ermənistan Azərbaycan ərazilərində dünya müharibə tarixində görünməmiş bir vəhşilik edib, onlar bizim torpaqlarımızı işğal edib, mədəniyyət abidələrimizi dağıdıb, insanları əsir götürüblər. Amma əgər Azərbaycan bütün bunların üstündən adlayıb sərhədlərin bərpası, torpaq bütünlüyünün qəbul edilməsi şərti ilə barışığa hazır olduğunu bəyan edirsə və bununla bağlı öz şərtlərini Ermənistana bəyan edirsə, Ermənistanın başqa addım atmağa imkanı yoxdur”.
Onun sözlərinə görə, erməni mətbuatının çağırışları həm də Ermənistan rəhbərliyinin fikridir:
“Onlar başa düşür ki, yenidən müharibə edib bizim təmizlədiyimiz torpaqları ala bilməzlər. Təzədən Dağlıq Qarabağ adlı qondarma respublika yarada bilməz. Oradakı ermənilər Azərbaycan Respublikasının şərtlərini qəbul etsələr, orada qalıb yaşaya bilərlər. Onsuz da Bakıda ermənilər yaşayırlar. Eyni zamanda Brüssel görüşü, Moskvada bağlanan anlaşma da onu göstərir. Ermənistanın başqa yolu yoxdur. Onların bunu başa düşməsi artıq sülhü qaçılmaz edəcək. Paşinyanın mövqeyi də bunu göstərir. Məncə, Ermənistan mətbuatının xalqı sülhə səsləməsi həm də ölkə rəhbərliyinin çağırışlarıdır”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız