Ermənilərin silah-sursat və hərbi texnikaları ələ keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin silah-sursat və hərbi texnikaları ələ keçirildi

Rəsmi

30 Sentyabr 2020 14:16 4401


Azərbaycan ordusunun hərbçiləri erməni silahlı bölmələrinin bir neçə  hərbi texnika və maşınlarını ələ keçirib.

Xəbərə görə, Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xarakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı erməni hərbçilərinin bir neçəsi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar. 

Bundan başqa, ermənilər ağır artilleriya qurğularından cəbhə xətti boyu mülki əhalini hədəfə alaraq yaşayış məntəqələrini atəşə tutublar. Atılan mərmilərdən biri Tapqaraqoyunlu kəndinin ərazisində boş sahəyə digəri isə  Naftalan-Qaşaltı-Tapqaraqoyunlu magistralına düşüb. Nəticədə magistrala düşən mərmi mülki şəxsə məxsus "VAZ-21011" markalı avtomobilə ziyan vursa da mərmilərin düşdüyü ərazilərdə dağıntı və tələfat olmayıb.   pizza

Hazırda cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilir. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!