ABŞ Dövlət Departamenti Ermənistanda keçirilən birgə hərbi təlimlərinin Ermənistan və Azərbaycan sərhədində qoşunların toplanması və ya digər hadisələrlə bağlı olduğunu təkzib edib.
Yenisabah.az “Voice of America”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.
“Hazırlığı qorumaq və silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyətini davamlı olaraq təkmilləşdirmək üçün tərəfdaşlarımızla müntəzəm təlimlər keçiririk. pizza mizza
Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır. 2003-cü ildən Tərəfdaşlıq Proqramının bir hissəsi kimi Kanzas Milli Qvardiyası ilə əlaqəsi var. Ona görə də bu, heç bir şəkildə başqa bir hadisə ilə əlaqələndirilə bilməz. Bu, sadəcə, adi bir təlimdir”, – deyə Miller izah edib.
Jurnalistin Moskvanın bununla əlaqədar İrəvana sərt cavab verməsi ilə bağlı sualını cavablandıran Miller deyib:
“Rusiyanın son illərdə iki qonşusunun (Ukrayna və Gürcüstan - red.) ərazisini işğal etdiyini nəzərə alsaq, o digər ölkələrə təhlükəsizlik tədbirləri ilə bağlı mühazirə oxumaqdan çəkinməlidir”.
Telegram kanalımız