Ermənistan ABŞ-la münasibətləri dərinləşdirir - Qriqoryan açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ABŞ-la münasibətləri dərinləşdirir - Qriqoryan açıqladı

Rəsmi

12 İyul 2023 17:24 2292


“Biz, yeni variantları, habelə ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni əməkdaşlıq qapılarını necə aça biləcəyimizi müzakirə etməyi düşünürük. Biz, bu baxımdan, böyük irəliləyiş əldə etmişik”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. 

“Nəticələr uzunmüddətli perspektivdə daha çox görünəcək. Çox vacibdir ki, biz artıq ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı intensiv müzakirələrə başlamışıq. Ermənistan bununla bağlı irəliləməyə hazırdır. Biz bu gün, sabah və o biri gün Vaşinqtonda bu əməkdaşlığı necə gücləndirmək və genişləndirmək barədə müzakirələr aparacağıq”, - Armen Qriqoryan bildirib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!