Ermənistan-Azərbaycan rəsmiləri sərhəddə: Görüş keçirilir 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan-Azərbaycan rəsmiləri sərhəddə: Görüş keçirilir 

Siyasət

15 May 2024 16:19 596


Ermənistan və Azərbaycan rəsmiləri arasında sərhəddə görüş keçirilir. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə yerli sakinlər "Azadlıq radiosu"nun Ermənistan bürosuna məlumat verib. 

Məlumata görə, Tavuş vilayətinin sərhəddə yerləşən Azatamut kəndindən Azərbaycanın Qazax rayonuna gedən hissə hərbi polis gücləndirilmiş nəzarət altındadır.  Sezar pizza

"Yerli sakinlər ehtimal edir ki, hazırda iki ölkə rəsmilərinin görüşü keçirilir. Səhər saatlarında yerli sakinlər dövlət maşınlarının Azərbaycan sərhədinə getdiyini görüblər", - bildirilir. 

Qeyd edək ki, bu gün Ermənistanın Tavuş və Azərbaycanın Qazax rayonları arasında sərhəd xəttinin yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi başa çatmalı və tərəflər arasında müvafiq protokol imzalanmalıdır. Bu razılaşma 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə keçirilən delimitasiya komissiyalarının 8-ci görüşündə əldə olunub. 

Həmin görüşdəki razılığa əsasən, Qazaxın 1992-ci ildən bəri işğal altında olan 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycan tərəfinə qaytarılmalıdır. 

Qeyd edək ki, tərəflərin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə 2024-cü il aprelin 23-də başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!