“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti narahatlıqla izləyirik”.
Yenisabah.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Arindam Bağçi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti belə şərh edib.
“Biz Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti narahatlıqla izləyirik. Hərbi hərəkətlər nəticəsində sərhəd müdaxilələri vəziyyəti qeyri-sabitləşdirə və yenidən hərbi əməliyyatlara səbəb ola bilər”. pizza hut
Arindam Bağçi əlavə edib: “Hindistan həmişə ikitərəfli mübahisələrin siyasi və diplomatik yollarla sülh yolu ilə həll olunmasını müdafiə edib. Cənubi Qafqaz bölgəsindəki sülh və sabitlik regional təhlükəsizlik baxımından əhəmiyyətlidir”.
Telegram kanalımız