“Ermənistan bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində bizim məscidləri dağıdıb”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində bizim məscidləri dağıdıb”

Siyasət

28 Noyabr 2021 14:23 937


“2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Prezident qeyd edib: “İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlərin, o cümlədən mədəni və dini irs abidələrinin Ermənistan tərəfindən yerlə-yeksan edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır. Sezar pizza

Bütün müsəlmanlara qarşı nifrət zəminində Ermənistan bizim məscidləri dağıdıb və təhqir edib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!