“Ermənistan cəmiyyəti anlayır ki, revanşist əhval-ruhiyyə ilə heç nəyə nail olmaq mümkün deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.
O, Ermənistan cəmiyyətinin Azərbaycanla sülh şəraitinə hazırlanması, habelə hakim partiya üzvlərinin Rusiya və Azərbaycan barədə səsləndirdiyi son fikirlərə münasibət bildirib. Sezar pizza
Mütəxəssin sözlərinə görə, Ermənistan-Azərbaycan münsibətlərində Qərb və Rusiya faktorlarını inkar etmək sadəlövhlük olar:
“Artıq cəmiyyətin özü anlamağa və müəyyən reallıqları qəbul etməyə başlayıb ki, müasir dövrdə işğal faktorunun davam etdirilməsi mümkün deyil. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa çıxış yolu yoxdur".
Vüqar Zifəroğlu vurğulayıb ki, hazırda Ermənistanın özündə çox maraqlı proseslər baş verməkdədir:
“Məsələn, Nikol Paşinyanın Moskvaya səfəri fonunda revanşistlər müəyyən mənada mövcudluqlarını göstərmək üçün İrəvanda azsaylı mitinqlər təşkil edirlər. Bütün bunların hamısı Ermənistanın tam şəkildə mövcud vəziyyəti adekvat qəbul etməkdə çətinlik çəkdiyini deməyə əsas verir. Amma bir sual da ortaya çıxır ki, Ermənistan buna nə qədər davam edəcək? Reallıqları qəbul etməməkdə nə qədər israr edəcək, yaxud absurd bəyənatlarla, əslində, çoxdan imzalanmalı olan sülh müqaviləsini uzatmağa çalışacaqlar? Nəzərə almaq lazımdır ki, bizim də səbrimizin sonu var, yəni biz də artıq bu qədər gözləyə bilmərik”.
“Ümumiyyətlə, Paşinyan iqtidarı həmişə müəyyən məqamlarda Rusiya faktorunu qabartmaqla Qərbə, Qərb faktorunu qabartmaqla isə Rusiya ilə manevr etməyə çalışıb. Çox təəssüf ki, bu manevrlər o qədər savadsız və bəsit xarakter daşıyıb ki, nəticə etibarilə, bu gün Ermənistan, sözün əsl mənasında, müttəfiqsiz bir vəziyyətə gəlib çatıb. Paşinyanın son açıqlamalarında da görürük ki, hazırda Ermənistanın çox çıxılmaz bir durumdadır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız