Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” qəzetinə müsahibə verib.
"Yeni Sabah" xəbər verir ki, XİN başçısı müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb. O cümlədən hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.
"Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır"- deyə E.Məmmədyarov müsahibəsində qeyd edib. Marqarita pizza
Telegram kanalımız