Ermənistan MN: Qarabağda ordumuz yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan MN: Qarabağda ordumuz yoxdur

Rəsmi

19 Sentyabr 2023 15:26 931


Ermənistan Müdafiə Nazirliyi Qarabağ ərazisində Ermənistan ordusunun olmadığını bəyan edib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, nazirliyin məlumatında xüsusi vurğulanır:

“Azərbaycan mənbələrində Qarabağda Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin, hərbi texnikasının və şəxsi heyətinin olması ilə bağlı yalan məlumatlar yer alır. Bəyan edirik ki, Ermənistan Respublikasının Qarabağda ordusu yoxdur". pizza mizza

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan ordusu bölgədə antiterror əməliyyatına başlayıb.  Azərbaycanın Müdafiə Nazirliyi konstitusiya quruluşunun bərpası üçün bölgədə Ermənistan Silahlı Qüvvələrinə qarşı yerli antiterror tədbirləri elan edib. Nazirlik Ermənistan hərbçilərinin bölgədə olmasını 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamənin pozulması adlandırıb. Həmçinin Ermənistan Silahlı Qüvvələrinin bölgədəki atəş mövqelərinin yaşayış massivinin yanında yerləşdiyini qeyd edərək, mülki əhalini hərbçilərdən uzaq durmağa çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!