Ermənistan Müdafiə Nazirliyində oğurluq: İstintaq gedir

Ermənistan Müdafiə Nazirliyində oğurluq: İstintaq gedir

Bölgə Veb saytların hazırlanması

16 Sentyabr 2023 12:06 343


Ermənistan Müdafiə Nazirliyində xüsusi ilə böyük məbləğdə dövlət əmlakının oğurlanması faktı üzrə həbslər həyata keçirilib.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.

Komitənin Xüsusilə Mühüm İşlərin İstintaq İdarəsi 2019-2021-ci illərdə Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi üçün satınalma proseduru zamanı 106 milyon 300 min dram külli miqdarda oğurluq hallarını meydana çıxarıb.

Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları, həmin idarənin baş mütəxəssisi A.A., “dasaran.am” ticarət nişanının sahibi Suren Aloyan və başqaları barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!