Ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən keçirlimiş “qisas əməliyyatı” nəticəsində ölən erməni hərbçilərinin adı açıqlanıb. Məhv edilən 4 erməni hərbçisindən birinin - Hraçya Ovannisyanın 67 yaşında olduğu məlum olub.
Qoca kişinin sərhəd postunda xidmət etməsi təəccüb doğurduğu kimi, həm də Ermənistan ordusundakı çətin vəziyyətdən xəbər verir. Görünən odur ki, ermənilərin sərhəd postlarına və hərbi xidmətə cəlb etməyə gənc əsgər resursu tükənib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi-ekspert Emin Həsənli bildirib ki, Ermənistan hərbi sahədə kadr tapmaqdan çətinlik çəkir: Dördpendirli pizza

“Ermənistan demoqrafik baxımdan çətin vəziyyətdədir. Hərbi sahədə insan resursu tapmaqda çətinlik çəkirlər. İkinci Qarabağ müharibəsində Ermənistan çox ağır itkilərlə üzləşdi. Digər tərəfdən, ölkə xaricinə miqrasiya da həddən artıq çoxdur. Ermənistan ordusu bütünlükdə ərazisini komplektləşdirə bilmir. Ona görə də sərhəddə yerləşən postlara yaşlı, işsiz və gəlir yeri olmayan şəxsləri müəyyən ödəniş müqabilində xidmətə cəlb olunur. Əslində, bu cür şəxslərin məvacibini adətən xaricdəki erməni diasporası təmin edir. Belələri daha çox Birinci Qarabağ müharibəsində iştirak etmiş və silah təcrübəsi olan yaşlı ermənilərdi. Belə yaşlı nə zabit, nə gizir, nə də müddətdən artıq hərbi qulluqçu olur. Bunlar sadəcə postlar boş qalmasın deyə, muzdlu qaydada xidmətə cəlb olunmuş işsiz Ermənistan vətəndaşlarıdır”.
Ekspert erməni gənclərinin müxtəlif yollarla hərbi xidmətdən yayındığını qeyd edib:
“Ermənilər əvvəllər iqtisadi və sosial səbəblərdən ölkədən qaçırdılarsa, artıq müharibədən sonra yaranan qeyri-stabil vəziyyət də buna önəmli təsir göstərir. Digər tərəfdən 44 günlük müharibədə ermənilərin təxminən 10 min fərari hərbçisi oldu. Bu dəhşətli rəqəmdir. Artıq erməni gəncləri orduda xidmət etmək istəmir və müxtəlif bəhanələrlə çağırışdan yayınır. Müharibədən sonra Ermənistan cəmiyyətində inamsızlıq var, gənclər hökumətin təhlükəsizlik təminatına inanmır. Əslində, müşahidə etsək təkcə Azərbaycanla sərhəddə deyil, digər qonşuları ilə sərhəd postlarına da bu cür yaşlı və işsiz insanlardan ibarət hərbi qulluqçular cəlb olunur. Hətta bir sıra postlarda qadınların xidmətin də istifadə olunur. Qarabağda döyüşmüş keçmiş hərbi qulluqçular öz yaxınlarını, tanışlarını orduda xidmətdən yayındırır, onları erməni ordusunun əsl üzü ilə tanış edirlər. Hazırda Ermənistanda bununla bağlı vəziyyət olduqca acınacaqlıdır”.
Nazim Hacıyev
Telegram kanalımız