Ermənistanda hərbi qulluqçulara xidməti vəzifələrini yerinə yetirərkən smartfonlardan istifadə qadağan ediləcək.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu parlamentdə Silahlı Qüvvələrinin İntizam Məcəlləsinə və İntizam Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihələri paketinin müzakirəsi zamanı müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib.
Onun sözlərinə görə, istisnalar müdafiə nazirinin özünün müəyyən etdiyi hallar olacaq: “Bundan başqa, ictimai narazılığın təzahürü ilə bağlı hərbi və ya digər rəsmi formada mitinqlərdə və digər oxşar tədbirlərdə iştiraka qadağa qoyulacaq”. Sezar pizza
Hərbi qulluqçulara hərbi xidmətə aid olan məsələlər, habelə siyasi məsələlərlə bağlı ictimai müraciətlər və ya bəyanatlar vermək də qadağan ediləcək. Həm şəxsən, həm də kollektiv formatda.
Bundan əlavə, hərbçilərin yuxarı rəhbərliyin yazılı icazəsi olmadan xidmətlə bağlı məlumatları xəbər vermək və müzakirə etmək, KİV-də, eləcə də internetdə video və fotolar dərc etmək hüququ olmayacaq.
Müqavilə çərçivəsində daha bir yenilik hərbçilərə təsir edəcək. Onlar illik müqavilənin yenilənməsi əsasında həddi çatdıqdan sonra 10 ilə qədər xidmət edə biləcəklər. Keçmiş orta və yüksək rütbəli zabitlər də müqaviləli əsgər kimi xidmətə qayıtmaq imkanı əldə edəcəklər.
Hərbi qulluqçunun hərbi xidmətdə olduğu müddət xidmət müddətinə daxil edilmir.
Telegram kanalımız