Ermənistan ordusunda yeni təyinatlar - Fərman

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunda yeni təyinatlar - Fərman

Dünya

14 Fevral 2024 15:58 582


Ermənistan prezidentinin fərmanı ilə Vigen Mkrtçyan Silahlı Qüvvələrin Baş Qərargahının rabitə qoşunlarının rəisi - rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi təyin edilib.

Yenisabah.az xəbər verir ki, digər sərəncamlarla David Aleksanyan Silahlı Qüvvələrin Baş Qərargahının döyüş hazırlığı idarəsinin rəisi, Armen Seyranyan isə Silahlı Qüvvələrin Baş Qərargahının strateji planlaşdırma idarəsinin rəisi təyin ediliblər.

Ermənistan prezidentinin digər sərəncamı ilə Vaçaqan Nersesyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin Hazırlıq Baş İdarəsinin döyüş hazırlığı şöbəsinin rəisi vəzifəsindən azad edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!