Ermənistan parlamenti xüsusi iclasa toplanır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamenti xüsusi iclasa toplanır

Siyasət

03 May 2021 10:05 835


Ermənistan parlamenti yeni baş naziri seçmək üçün bu gün xüsusi iclas keçirəcək.

Yenisabah.az “Interfax”a istinadla xəbər verir ki, müxalifətdəki "Maariflənmiş Ermənistan" və "Çiçəklənən Ermənistan" fraksiyaları artıq Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini açıqlayıblar. Deputatlar yeni hökumət başçısını seçə bilməsələr, parlament buraxılacaq.

Nikol Paşinyan özü artıq namizədliyini irəli sürüb və “Vətəndaş Müqaviləsi” partiyasından hökumət başçısı vəzifəsinə namizəd olacağını, hakim “Mənim addımım” blokunun səsverməyə qatılmayacağını açıqlayıb. Onun əsas rəqibi Ermənistanın ikinci prezidenti Robert Köçəryandır. pizza

Baş nazir ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün istefa etdiyini bildirib. Bundan sonra hökumət istefa verib.

Ermənistanda növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!