Son günlər sərhəddə yaranmış gərginlik səbəbindən bu gün Ermənistan Milli Məclisində iqtidar və müxalifət deputatlarının, həmçinin, Müdafiə Nazirliyinin və Baş Qərargah İdarəsinin nümayəndələrinin iştirak edəcəyi qapalı iclas keçiriləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
KİV yazır ki, dünən Milli Məclisin iclasının əvvəlində müxalif “Hayastan” fraksiyasının deputatı Artsvik Minasyan çıxışında söyləyib ki, o, sərhəddəki vəziyyətlə bağlı Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələrini parlamentə dəvət etməyi zəruri hesab edir: pizza sifarişi
“Minasyan hesab edir ki, yüksək çinli generalitet Texdə (Dığ) baş verənlərə aydınlıq gətirəcək. Sessiyanın sədri, Milli Məclisin vitse-spikeri Ruben Rubinyan isə ona cavab verib ki, müvafiq departamentlə əlaqə saxlayacaqlar və sessiyanın formatını müzakirə edəcəklər. Bizə məlumat verildi ki, sessiya qapalı olacaq”.
Nəşr onu da əlavə edib ki, sərhəddəki axırıncı silahlı insidentdən sonra Ermənistan Sərhəd Qoşunlarının komandanı, 2020-ci ilin oktyabrından bu vəzifədə olan polkovnik Arman Maralçyan da tutduğu vəzifədən azad edilib.
Telegram kanalımız