“Ermənistan Qarabağdan əl çəksə də, Rusiya əl çəkməyəcək...”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Qarabağdan əl çəksə də, Rusiya əl çəkməyəcək...”

Siyasət

04 Yanvar 2023 17:57 1138


"Azərbaycanda həqiqətən çox gözəl başa düşürlər ki, Ermənistan Qarabağdan əl çəksə də, Rusiya əl çəkməyəcək. Artıq Rusiyanın Qarabağda iki faktoru var: sülhməramlı qüvvələr və Ruben Vardanyan".

Yenisabah.az xəbər verir ki, bu fikirləri erməni polittexnoloq Armen Badalyan İrəvanda keçirdiyi mətbuat konfransında söyləyib.

“Bir müddət sonra hərbi sahənin Araik Arutyunyanın nəzarətindən tamamilə çıxarılaraq  tam şəkildə Ruben Vardanyaın əlinə keçməsi mümkündür. Başqa sözlə, Rusiya Qarabağın hərbi sferasını Ermənistanın nəzarətindən tamamilə çıxarmaq istəyir, ona görə də Azərbaycan Ruben Vardanyanın hakimiyyətdən uzaqlaşdırılmasını tələb edir. Onlar başa düşürlər ki, Ruben Vardanyan Qarabağ ermənilərinə Rusiyanın nəsə edəcəyinə ümid verir. Ukraynanın resursları demək olar ki, tükənib. Və hesablamalar var ki, Rusiya böyük uğur qazanacaq və bu halda heç kəs onu Qafqazdan çıxarmağa cəhd etməyəcək. Ona görə də indi hərəkətlər belə sürətlənib”, - deyə Badalyan vurğulayıb./Modern.az Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!