Ermənistan Rusiya üçün sanksiya altında olan malların ixrac məntəqəsi olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb.
Nüfuzlu Britaniya qəzeti qeyd edir ki, Ermənistan avtomobil istehsalçısı deyil, lakin bu kiçik ölkədən Rusiyaya avtomobil ixracı Ukraynanın işğalından sonra artıb: 2022-ci ilin yanvarında 800 min dollar dəyərində avtomobildən bu ilin eyni ayında 180 milyon dollar dəyərində avtomobilə qədər. Toyuqlu pizza
Rusiyada bütün avtosalonlar bağlanıb, BMW, Audi və digər məşhur avtomobil markalarının Rusiya bazarına girişi yasaqdır. Bununla belə, Gümrü gömrük terminalından onlarla avtobilin son dayanacağı məhz Rusiyadır.
“Rusiyaya təkrar ixrac” adı ilə Ermənistandan Rusiyaya digər malların ixracı da artıb və bu, 2022-ci ildə 2 qat həcmə çatıb.
Rusiya istehlakçıları Qərb sanksiyalarına görə üçüncü ölkələrə üz tutublar. Ermənistan onlardan biridir.
Ermənistan üçün 2022-ci ildə ümumdaxili məhsulun (ÜDM) rekord 13 faiz artması qeydə alınıb. Lakin bu, Qərb paytaxtlarını məyus edib. ABŞ rəsmiləri mart ayında Ermənistanı Rusiyaya “qadağan olunmuş malları qaçaqmalçılıq yolu ilə keçirən” dövlətlər sırasına daxil edib. Aİ-nin son sanksiyalar paketində də Ermənistandakı qurumlar günahkarlar sırasında göstərilir.
Ermənistan hökuməti ittihamı qəti şəkildə rədd edir. Baş nazir Nikol Paşinyan mart ayında sanksiyalardan yayınma xəbərləri barədə “Şayiədən başqa bir şey deyil, - deyib. - Reallıq bunun tam əksidir".
ABŞ-ın Rusiyaya işlənmiş və ya yeni bütün növ yüngül avtomobillərin ixracını qadağan etməsindən sonra ruslar üçün xarici avtomobillər qiymətli hədəfdir. Aİ, həmçinin dəyəri 50.000 avrodan yuxarı olan avtomobillərin ixracını qadağan edib və bu yaxınlarda sanksiya siyahısını mühərrik həcmi təxminən 2 litr və ya daha çox olan bütün daha böyük avtomobilləri əhatə edəcək şəkildə genişləndirib.
Bir çox xarici avtomobil şirkəti istehsal zavodlarını satıb və Rusiya daxilindəki dilerlər məntəqələrini bağlayıb. Bəziləri birbaşa ixrac nəzarətinə tabe olmasalar da, bazardan çıxıblar. Məsələn, Cənubi Koreyanın "Hyundai" şirkəti fəaliyyətini dayandırıb və Rusiyadakı zavodlarını satmağı planlaşdırır.
Maklerlər və alıcılar bildiriblər ki, avtomobillər əsasən ABŞ-dan Gürcüstanın Qara dəniz limanı Poti vasitəsilə gəlir. Çoxu daha sonra gömrük rəsmiləşdirilməsi üçün Ermənistana gətirilir, çünki ölkə Rusiya ilə gömrükdən azad ticarətə sahibdir.
Gümrü şəhəri avtomobillərin yenidən Gürcüstandan keçərək şimaldan Rusiyaya yollandığı əsas mərkəzdir.
“ABŞ-Gürcüstan-Ermənistan-Gürcüstan-Rusiya sxemi yeganə deyil. Bu sxemlər ağacın kökləri kimi geniş yayılıb", - deyə maklerlərən biri bildirib.
Telegram kanalımız