Ermənistan sülh danışıqlarını pozur 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan sülh danışıqlarını pozur 

Rəsmi

22 Aprel 2020 13:23 771


Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını hər addımı ilə nümayiş etdirir. Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovun açıqlamasına cavab olaraq səsləndirdiyi fikirlər də göstərir.  “Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir”, - deyə o, keçirdiyi mətbuat konfransında bildirib. 

Mnatsakanyan əlavə edib ki, münaqişənin mərhələli həllini nəzərdə tutan sənədlər Ermənistan üçün qəbuledilməzdir:  “Rusiyalı həmkarım Sergey Lavrovun açıqlamasında çoxsaylı sənədlərə istinadlar var idi. Son iki ildə müzakirə olunan sənəd haqqında da deyildi. Bənzər yanaşma və təkliflər 2014 və 2016-cı illərdə olub və onlar Ermənistan tərəfi üçün qəbuledilməz olub”.

Xarici İşlər naziri qeyd edib ki, Ermənistan təhlükəsizlik amiliə önəm verir:  “Biz təhlükəsizlik amilinin prioritet olduğu yanaşmalarımızdan bəhs edirik. Lavrovun açıqlamasında göstərilən ərazilər hər şeydən əlavə təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Heç kim bunun yenidən nəzərdən keçirilə biləcəyini və Qarabağ xalqının təhlükəsizliyinin şübhə altına alınacağını güman edə bilməz, kimsə kiməsə güzəştə gedib təhlükəsizliyi təhlükə altına ala biləcəyini güman edə bilməz”. Dominos pizza

Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Qarabağ nizamlanması ilə bağlı qətnaməsinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprelində Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu söyləyib.  Lavrovun dediyi sənəd 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!