Ermənistan sürətlə silahlanır - 250 milyonluq müqavilə

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan sürətlə silahlanır - 250 milyonluq müqavilə

Dünya

12 Sentyabr 2024 10:16 535


İrəvanın Hindistandan silah alması məsələsi yenidən gündəmə gəlib. 

Musavat.com xəbər verir ki, bu barədə "SputnikARM" məlumat yayıb.

Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy sayta bildirib ki, İrəvan Hindistanın 155 mm kalibrli ATAGS silah dayaqlarının yeni təchizatında maraqlıdır. pizza

Ekspert onu da qeyd edib ki, Ermənistan həmçinin təxminən 250 milyon dollar dəyərində "Pinaka" raket buraxılış qurğularının alınmasını nəzərdən keçirir:

"Ümumilikdə, respublikanın müdafiə sənayesini inkişaf etdirmək potensialı var: bu sahədə artıq 3 startap mövcuddur".

Onu da bildirək ki, sülh müqaviləsinin vaxtını qəsdlə uzadan Ermənistan sürətlə silahlanır. Rəsmi İrəvan öz açıqlamalarında sülhdən yana olduqlarını bildirsələr də, əməllərində bu görünmür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!