Ermənistan Türkiyə ilə sərhəddəki gömrük-keçid məntəqəsini açır 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Türkiyə ilə sərhəddəki gömrük-keçid məntəqəsini açır 

Rəsmi

06 Aprel 2023 13:22 857


Ermənistan hökuməti Türkiyə ilə sərhəddəki gömrük-keçid məntəqəsini işə salmağa hazırlaşır. 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı İrəvan və Ankara arasında əldə olunmuş razılaşma çərçivəsində iş aparılır.  pizza sifarişi

"Biz digər dövlət qurumları ilə birlikdə yekun qərar qəbul olunarsa, bu məntəqənin tez bir zamanda aktivləşdirilməsinə hazırlaşırıq. Orada gömrük prosedurlarının rahat tətbiqi üçün hazırlıq işləri aparılır", - o qeyd edib./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!