Ermənistan və Azərbaycan səfirləri Almaniyada bir araya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan və Azərbaycan səfirləri Almaniyada bir araya gəldi

Siyasət

28 Yanvar 2026 14:05 527


Yanvarın 27-də Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşetin dəvəti ilə Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan və Azərbaycanın səfiri Nəsimi Ağayev "Cənubi Qafqazda dönüş dövrləri: Azərbaycan və Ermənistan arasında tarixi sülh, Almaniyanın rolu və Avropanın yeni Şərq əlaqələri" adlı müzakirədə iştirak ediblər.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Almaniyadakı səfirliyi məlumat verib.

Tədbirdə onlarla ekspert, parlament üzvü və media nümayəndəsinin də iştirak etdiyini bildirib. Sezar pizza

Tədbir Münhen Lüdviq Maksimilyan Universiteti və Axen Universitetinin Beynəlxalq Əməkdaşlıq, Texnoloji Diplomatiya və Kommunikasiya İnstitutu tərəfindən təşkil olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!