Ermənistan xaosa sürüklənir:    İrəvan qan gölünə çevrilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan xaosa sürüklənir: İrəvan qan gölünə çevrilə bilər

Siyasət

07 May 2022 18:25 557


Ermənistan yenə bildiyiniz kimidir. İrəvan küçələrində müxalifətlə iqtidar arasında sözün əsl mənasında qan su yerinə axır. Müxalifət hər vəchlə Paşinyanı devirmək barəsində oturaq aksiyalara, piketlərə üstünlük versə də, "Qarabağ klanı" və revanşistləri oyundan xaric etməyi özündə qəti qərarlaşdıran Nikol Paşinyan ona qarşı xaricdən gələn təzyiqlərə də sinə gərməkdə davam edir.

Müxalifət isə 2018-ci ildə Paşinyanın həyata keçirdiyi etiraz aksiyalarının taktikası ilə gedir və xalqı "Nikolsuz Ermənistan" şüarları ilə ayağa qaldırmağa çalışır. Doğrudur, müxalifətin təşkil etdiyi itaətsizlik aksiyalarında onlara qatılan kütlənin sayı az olsa da, anti-Paşinyan şüarları səsləndirən, eləcə də polislə əlbəyaxa mübarizəyə çıxan kəslərin radikallığı getdikcə çoxalır və bu gözlər önündədir. Fransa meydanında və İrəvanın digər küçələrində nələrin baş verdiyini deməyə, yəqin ki, ehtiyac yoxdur.

Təxminən, bundan 3-4 gün öncə radikalların Ermənistan Milli Məclisinin binasına, o cümlədən Ermənistan XİN-ə basqın etmək istəməsi ilə bağlı xəbərlər müxalif və iqtidaryönümlü erməni nəşrlərində tirajlanaraq böyük ajioitaj doğurdu. Müharibədəki məğlubiyyətin acısını indi də daxili qarşıdurma yaradaraq hakimiyyətdən çıxmaq istəyən "Qarabağ klanı" Paşinyan iqtidarına qarşı təhdihedici mesajlar verməkdən də çəkinmir. Toyuqlu pizza

Qana susamış bir millət olan ermənilərin istər özlərinə, istərsə də digər millətlərin başlarına açdığı oyuna isə hamımız bələdik. Bir az tarixə ekskursiya etsək, görərir ki, ASALA terror təşkilatı, eləcə də 1918-ci ildə "Daşnaksutyun" Partiyasının yaraqlıları bölgədə necə faciələrə imza atıblar. Bu qruplaşmalar erməni millətinin milli mənafeyini heçə sayaraq öz hakimiyyət ambisiyalarını ön plana çəkməkdən heç zaman utanmayıblar.

27 oktyabr 1999-cu ildə Robert Koçaryanın hakimiyyətə gəlməsindən düz bir il sonra "Qarabağ klanı" və millət "Daşnaksutyun" Partiyasının Ermənistan parlamentində törətdiyi qətliama hamımız bələdik. Belə ki, hökumət tərəfindən sual-cavab iclası keçirilən zaman saat 17:15 radələrində jurnalist və keçmiş "Daşnaksutyun" üzvü Nairi Hunanyanın rəhbərliyi altında "AK"-47 ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına zorla daxil oldu. Nəticədə, terrorçular səkkiz nəfəri güllələyərək öldürdülər. Qətlə yetirilənlərin arasında dövrün parlament spikeri və Ermənistan SSR KP MK-nin sabiq I katibi (1976-1989) Karen Dəmirçyanla yanaşı, Ermənistanın Milli Qəhrəmanı və dövrün Baş naziri olmuş Vazgen Sarkisyanın da adı var.

Xülasə, bu gün də Ermənistanda Paşinyana qarşı olan "Hayastan" və "Patev unem" fraksiyaları öz sələflərinin sadiq qoruyuculuğunu nümayiş etdirərək anti-Paşinyan, anti-türk, eləcə "Artsax" haqqındakı şüarları ilə İrəvandakı həyatı iflic edirlər. Hətta onlar Baş nazirə qarşı sui-qəsd etmək niyyətlərini də gizlətmirlər.

Onu qeyd etmək yerinə düşər ki, son günlər bu kəslərin də ən böyük şüarı millətçi ermənilərin böyük ehtirasla və xəstə təxəyyüllə oxuduğu "Zartir Lao" (Oyan, Lao) mahnısıdır. Bununla da müxalifətçilər öz erməni milli məfkurələrinə sadiq qaldıqlarını qeyd edirlər.

Görünən də odur ki, qan axıtmaq sevdalısı olan ermənilər, əsasən də, "Qarabağ klanı" indi də keçiblər özlərinin ətini yeməyə. Çünki onlara mütləq bir günah keçisi lazımdır. Bu da indiki məqamda Nikol Paşinyandan başqası deyil.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!