Ermənistan XİN-in son bəyanatı:   “Qoy fakt göstərsinlər!“ 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan XİN-in son bəyanatı: “Qoy fakt göstərsinlər!“ 

Siyasət

11 Aprel 2022 14:01 477


"Əsl soyqırımı azərbaycanlılara qarşı törədilib. Ermənilərin dedikləri hədyandır”.

Bunu Yenisabah.az-a siyasi şərhçi Qabil Hüseynli bildirib.

O, Ermənistan XİN-in yaydığı son bəyanata toxunub. Məlum bəyanatda Azərbaycanın guya Qarabağ ermənilərinə qarşı etnik təmizləmə və kütləvi qətliam həyata keçirməsi iddia olunur. pizza mizza

Qabil Hüseynli mövzunun şərhində qeyd edib:

“Allah onların evini yıxsın! Azərbaycan ermənilərə qarşı hansı etnik təmizləməni həyata keçirib?! Qoy fakt göstərsinlər! Məgər Azərbaycana etnik təmizləməni onlar həyata keçirməyib?! Hələ mən keçmişi, 1905, 1907, 1918, 1920-ci illəri demirəm. Həmin dövrlərdə azərbaycanlılara qarşı etnik təmizləmə yox, kütləvi soyqırımı aparılıb. Qarsdan, Ərdahandan başlayıb, İğdırdan keçib, Makuda, Mərənddə, Urmiyada, Xoyda davam edən, daha sonra Azərbaycan ərazilərinə keçən, Naxçıvandan tutmuş Qubaya qədər böyük bir coğrafi ərazidə rusların verdiyi silahlarla əliyalın azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirən məhz ermənilərdir”.

Q. Hüseynli əlavə edib:

“400 min ermənidən tutmuş 1,5 milyon erməninin “qırılmasından”, qondarma erməni soyqırımından danışırlar. Amma həmin 1918-1920-ci illərdə 2 milyondan çox azərbaycanlı qətlə yetirilib. 

Sən 1988-ci ildən 1994-cü ilə qədər rusların köməkliyi ilə Qarabağın 7 rayonunda 1 milyondan artıq insanı etnik təmizləməyə məruz qoydun! Sən bu vicdansız hərəkətlərinlə Azərbaycan xalqına, sözün əsl mənasında, divan tutdun! Hələ də etnik təmizləməyə məruz qalan soydaşlarımızın məzarları tapılmayıb! 

Buna görə də, Ermənistan XİN-in iddiaları uydurma və böhtandır. Onların dedikləri sadəcə hədyandır. Qaşınmayan yerdən qan çıxarırlar. Məgər indiyə qədər bir erməninin burnunu qanatmışıq?! Yox! Amma onlar 2 milyondan artıq azərbaycanlını qırıb. Münaqişənin 1988-1994-cü il dövründə ən azı 30 mindən çox insan həyatını itirib". 

"Bu əməllərinin siyahısını ortaya çıxarmaq lazımdır ki, bax, siz busunuz!”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!