“Ermənistana göndərilən silahlar qeydiyyatdan keçmir, bunu adı qaçaqmalçılıqdır“   - Hüquqşünas

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistana göndərilən silahlar qeydiyyatdan keçmir, bunu adı qaçaqmalçılıqdır“ - Hüquqşünas

Maraqlı

23 Oktyabr 2020 14:14 1167


Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası uğrunda apardığı əks-hücum əməliyyatı davam edir. Sentyabrın 27-dən bu günədək əməliyyat çərçivəsində düşmənin canlı qüvvəsi ilə yanaşı çoxlu sayda hərbi texnikası da zərərsizləşdirilib.

Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində daha ətraflı məlumat verərək bildirib ki, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Amma yenə də onların həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində tankları var:

“Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?”. pizza sifarişi

Bildirək ki, SSRİ dağıldıqdan sonra hər bir ölkənin əhali sayına görə silahlanma limiti müəyyən edilib. Həmin qərara görə, Ermənistan 220 tanka malik olmalı idi. Lakin  təkcə 23 gün ərzində Ermənistan ordusunun 280 tankı sıradan çıxarılıb.  Bu say ATƏT-in 1992-ci il Helsinki toplantısında Ermənistan üçün müəyyən edilmiş limitdən çoxdur. Yəni göründüyü üzrə “Avropada adi silahların məhdudlaşdırlması haqqında” Vyana müqaviləsinə imza atan Ermənistan Helsinkidə qəbul etdiyi öhdəlikləri pozub və silahlanmaya davam edib. Ermənistandakı faktiki hərbi texnika və silah sistemləri “Adi silahların məhdudlaşdırılması haqqında” Vyana Konvensiyasının müəyyənləşdirdiyi kvotadan dəfələrlə çoxdur.

Maraqlıdır, beynəlxalq ictimaiyyət Ermənistanın kvotanı aşmasına niyə göz yumur?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev qeyd edib ki, beynəlxalq ictimaiyyətin bu məsələyə adekvat münasibət bildirməməsinə səbəb bu sahədə bizim təbliğat-təşviqat, maarifləndirmə fəaliyyətimizin zəif olmasıdır:

“Müharibə başladıqdan sonra isə tədbirlər görüldü. Lakin əvvəlcədən də məlum idi ki, onlar çoxlu sayda tank alırlar. Rusiya mənbələrində də bunu etiraf edirdilər ki, Ermənistana bir dəfə 2 milyard, bir dəfə də 5 milyard dollar dəyərində silah göndərilib. Bunların hamısı göz önündə olsa da, biz adekvat reaksiya vermirdik. Çünki bunun arxasında Rusiya dayanıb və biz Rusiya ilə münasibətləri korlamaq istəmirdik. Bəlkə də bu, düzgün variant idi ki, bugünkü kimi vəziyyət yarananda Rusiya bizə qarşı ciddi addımlar atmasın. Yəni Ermənistanı müdafiə etməsin. Bunu politoloqlar qiymətləndirməlidir. Biz münasibətləri qoruyub saxlamağa çalışırdıq və buna da nail olduq. Hazırda Rusiya ciddi müdaxilələr etmir, silahlandırma məsələsi isə istisnadır. İndi də məlumat var ki, Rusiya çoxlu sayda silah göndərir. Görünür, istənilən halda bu istiqamətdə fəaliyyət göstərməliyik. Yəni beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq”.

Hüquqşünas qeyd edib ki, ATƏT-də, Avropa Şurasında  Ermənistanın silahlanma məsələni qaldırmaq, konkret sayları təqdim etmək lazımdır:

“Bu yolda uğurlu olsaq, beynəlxalq təşkilatlar Rusiyadan silah göndərməsini dayandırmağı tələb edə bilər. Əgər Rusiya bununla razılaşmasa, ona sanksiya tətbiq oluna bilərlər. Çünki kvotadan artıq satış qanunsuzdur. İlham Əliyev demişdi ki, artıq kontrabanda kimi göndərirlər. Çünki kvotadan artıqdır, heç yerdə qeydiyyatdan keçmir, heç bir beynəlxalq təşkilat onu qeydiyyata almır. Yəni qaçaqmalçılıqdır. Buna görə də Rusiyaya qarşı sanksiya tətbiq etmək, buna nail olmaq olar. Sadəcə indi bu sahədə işləri gücləndirmək lazımdır. Hazırda əlimizdə diplomatik resurslar var, Azərbaycanın haqq işini bir çox ölkələr tanıdı, o cümlədən də NATO-nun münasibətini gördük, Avropa İttifaqının rəhbərliyi də artıq hesab edir ki, erməni qoşunları ərazimizdən çıxmalıdır. Sadəcə silah qaçaqmalçılığının dayandırılması ilə bağlı işləri ciddiləşdirmək lazımdır, çünki bu, gələcəkdə də Azərbaycana problem yarada bilər”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!