Ermənistana keçmək istəyən türkiyəli sərhəddə saxlanıldı

Ermənistana keçmək istəyən türkiyəli sərhəddə saxlanıldı

Bölgə Veb saytların hazırlanması

16 Sentyabr 2023 12:29 505


3 əcnəbi vətəndaş Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.

Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Saxlanılanlardan ikisinin Ararat rayonu ərazisində Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd etməsi ilə bağlı cinayət işi başlayıb. Armavir əyalətində də Ermənistan sərhədini lazımi sənədlər və müvafiq icazə olmadan keçməyə cəhdlə bağlı daha bir iş başlanıb.

Hadisə avqustun 20-də baş verib. Birinci halda, sentyabrın əvvəlində Burastan kəndi yaxınlığında Rusiya sərhədçiləri Ermənistandan Türkiyəyə keçmək istəyən 2 Banqladeş vətəndaşını saxlayıblar.

İkinci halda, Türkiyədən Ermənistana keçmək istəyən Türkiyə vətəndaşı Berkaşat kəndi yaxınlığında saxlanılıb.

Bundan əvvəl, iİyulun sonunda Suriya vətəndaşı sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıb.

Xatırladaq ki, dövlətlərarası saziş çərçivəsində Ermənistanın Türkiyə və İranla dövlət sərhədinin mühafizəsinə cavabdeh Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsi daşıyır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!