Ermənistanda 4 məktəbdə Azərbaycan dili tədris edilir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda 4 məktəbdə Azərbaycan dili tədris edilir

Rəsmi

06 İyul 2023 12:49 2634


Ermənistanda 2022-2023-cü tədris ilində 12 məktəbdə türk dili, 4-ündə isə Azərbaycan dili tədris edilib.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Azərbaycan və türk dillərini yalnız 10-12-ci sinif şagirdləri öyrənir. Dominos pizza

2022-2023-cü tədris ilində 33 ümumi təhsil müəssisəsində regional dillərin tədrisi təşkil olunub, onlardan 13-də fars, 3-də gürcü, 12-də türk və 4-də Azərbaycan dili tədris olunmağa başlayıb. “Mxitar Heratsi” tədris kompleksində isə orta və ali məktəblərdə 4 dil də öyrənilir.

Daha 400 erməni məktəbi yaxın gələcəkdə regional dilləri (türk, Azərbaycan, gürcü və İran) öyrənmək istəklərini bildiriblər. Bununla belə, idarə konkret dil seçən məktəblərin sayı barədə məlumat verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!