Ermənistanda anti-Rusiya təsiri niyə güclənir? - Gümrüdəki aksiyanın pərdəarxası

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda anti-Rusiya təsiri niyə güclənir? - Gümrüdəki aksiyanın pərdəarxası

Siyasət

09 Yanvar 2023 20:36 653


“Ermənistanda Avropaya yaxın kiçik partiyaların ittifaqı var ki, onlar Rusiyaya qarşı münasibətdə Nikol Paşinyandan da sərt mövqe tuturlar. Qısacası, Rusiyanı sevmirlər. Gümrüdə yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı keçirilən aksiyanı da məhz bu partiyaların birləşdiyi ittifaq həyata keçirib. “Rus sülhməramlıları Azərbaycan ekoloji aktivistlər qarşısında acizdirsə, bizdə gəlib Gümrüdə sizin qarşınızda duracağıq. Onlara toxunmursunuzsa, bizə də toxunmamalısınız” məntiqi ilə hərəkət ediblər, amma özlərini səhvən bizim eko-fəallarla müqayisə ediblər”.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bir qrup erməni fəalının ötən gün Gümrüdə rus hərbi bazası önündə keçirdiyi aksiya haqqında danışarkən bildirib.

Deputatın fikrincə, Ermənistan hökuməti və şəxsən Nikol Paşinyan anlayır ki, Rusiya ilə baş-başa gəlmək Ermənistan üçün baha başa gələ bilər: “Ona görə də erməni hökuməti hüquq mühafizə orqanlarına dərhal göstəriş verdi və aksiya keçirənlər oradan təmizləndi, həbslər həyata keçirildi”. Sezar pizza

Bununla belə deputat qeyd edir ki, hazırda Ermənistanda anti-Rusiya təsiri xeyli yayılıb: “Amma İrəvanda anlayırlar ki, Rusiyanın ətəyini buraxdıqları halda kimsə onları Azərbaycanın yumruğundan xilas edə bilməz. Bunu onlara açıq şəkildə Fransa prezidenti də, Amerika da deyib. Rusiyasız onları regionda müdafiə edən yoxdur. Bu, reallıqda belədir. Fransanın gücü varmı ki, Ermənistanı müdafiə etsin? Yox. Elcə də Amerikanın. Diplomatik, informasiya dəstəyi ilə Ermənistanı hərbi gücün qarşısında qorumaq mümkün deyil”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!