Yolu azaraq Ermənistan tərəfinə keçən hərbçimiz Hüseyn Axundovun bu gün məhkəməsi olacaq.
Yenisabah.az "aravot.am"a istinadla xəbər verir ki, Hüseyn Axundov 57 yaşlı asayiş keşikçisini qətlə yetirməkdə təqsirləndirilir.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü ilin 10 aprel tarixində Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər də geniş yayılıb.
Telegram kanalımız