Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyanın aqibəti nazirliyin ləğvindən sonra hələ də müəmmalı şəkildə qalıb.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Qəzetin məlumatına görə, FHN-in mətbuat katibi Ayk Kostanyan nazirliyin yayda ləğv ediləcəyini bəyan edib: pizza sifarişi
“İyunun 30-u Fövqəladə Hallar Nazirliyinin son iş günüdür. İdarə iyul ayından Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Xilasetmə xidməti artıq yeni yaradılmış nazirliyin öhdəsinə götürüb”.
O, bildirib ki, nazirlik iyunun 30-da buraxılacaq və nazir Armen Pambuxçyan həmişəki kimi işlərdə iştirak edəcək. Baxmayaraq ki, mənbələrimiz onu uzun müddətdir nazirlikdə görmürlər.
Qəzet iddia edir ki, A. Pambuxçyan vəzifəsindən dərhal sonra Baş nazirin müşaviri təyin olunacaq:
“Qeyd edək ki, son vaxtlar Paşinyanın təqaüddə olan şəxsləri, Şirakın keçmiş qubernatoru Nazeli Bağdasaryan, keçmiş Baş nazirin müavini Ambartsum Matevosyan kimi şəxsləri özünə müşavir təyin etməsi qəbul olunmuş praktikaya çevrilib. Hətta dünən İrəvanın keçmiş meri Hraçya Sarkisyan da Paşinyanın məsləhətçisi olub”.
Telegram kanalımız