Ermənistanda çoxluq Paşinyana etibar etmir - Sorğu

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda çoxluq Paşinyana etibar etmir - Sorğu

Rəsmi

04 Avqust 2023 14:24 3233


Ermənistan respondentlərin 67%-dən çoxu baş nazir Nikol Paşinyana etibar etmir.

Yenisabah.az xəbər verir ki, bu, “GALLUP Beynəlxalq Assosiasiyası”nın sorğusunda məlum olub.

İyulun 25-də baş nazirin mətbuat konfransını vətəndaşların 65%-i izləyib. "N.Paşinyanın cavablarına etibar etmək olarmı" sualına respondentlərin 16,1%-i müsbət, 14,5%-i “qismən güvənirəm” cavabını verib. Respondentlərin 13,1%-i “çox güvənmirəm”, 54,4%-i isə “heç güvənmirəm” cavabını verib. Cavab verməkdə çətinlik çəkənlər isə 1,8% təşkil edib. pizza hut

Ermənistanda siyasi məhbusların olmasını vətəndaşların 47,2%-i təsdiqləyib, 31,1%-i belə düşünmədiyini, 22,7%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Sorğu iştirakçılarının fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir.

Respondentlərin 32,4%-i müharibə təhlükəsini, 30,4%-i ümumilikdə təhlükəsizlik məsələlərini, 27,8%-i sərhədlərin dəqiqləşdirilməsini qeyd edib. Digər problemlərə iqtisadi vəziyyət, işsizlik, qiymət artımı və s. daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!