Ermənistanda diri-diri yanan 15 əsgərin qanı batırılır

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda diri-diri yanan 15 əsgərin qanı batırılır

Rəsmi

29 Mart 2023 16:31 899


“Həlak olan 15 hərbçimizin məsələsi ilə bağlı ya işin üstü açılıb deyə aidiyyəti orqanlar bizə məlumat vermir, ya da istintaq düzgün olmayan və səhlənkar bir şəkildə təcridxanada aparılır”. 

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Geqarkunik (Göyçə) mərzinin Azat kəndində yerləşən hərbi hissədə baş vermiş yanğın nəticəsində həlak olan 15 hərbçinin valideynləri birinin atası Arman Barseqyan məlumat verib. 

“Hazırda araşdırma aparılır, lakin indiyədək hadisənin yeri müəyyən edilməyib, istənilən şəxslər də məsələyə daxil ola bilir. Bu diqqətsiz münasibət nə üçündür?”, - deyə o bildirib.  Dördpendirli pizza

Hərbçinin atasının sözlərinə görə, Ermənistan FHN-in əməkdaşları, istintaq orqanı və prokuror hadisə yerinə gələnə qədər cəsədləri sığınacaqdan köçürməyə haqlarının olmadığını başa düşməyiblər.

Valideynlər əmindirlər ki, müvafiq sərəncam olub, amma bilmirlər ki, bu sərəncamı kim verib: Baş nazir, müdafiə naziri, prokuror və ya başqa şəxs".

Qurbanların qohumlarından biri Qabriel Kirakosyanın sözlərinə görə, Baş nazir hər şeyin sadədən daha çox olduğunu bildirib, halbuki onların rəsmilərə çoxlu anlaşılmaz sualları var.

“Bu, onlar üçün aydındır. Nə baş verdiyini, niyə ört-basdır etdiklərini bilirlər. Nə cinayət yeri var, nə də şəkillər. Balıq başdan iylənər deməyə tam əsasımız var. Yəni yuxarıdan əmr olunub ki, öldürmək deyilsə də, yandırmaq lazımdır”, - Kirakosyan bildirib.

Valideynlərin sözlərinə görə, hadisədən sonra oxşar sığınacaqlara baş çəkiblər və hər yer eyni ehtiyatsız vəziyyətdədir.

Onlar qorxurlar ki, bu işin üstü açılmasa, analoji yenə də baş verə bilər.

Xatırladaq ki, yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin Geqarkunik mərzinin Azat kəndi ərazisində yerləşən mühəndis snayper rotasının yaşayış məntəqəsində yanğın baş verib. Yanğın nəticəsində 15 hərbçi həlak olub, 7 əsgər isə yaralanıb. 

Hadisədən dərhal sonra Ermənistan 2-ci Ordu Korpusunun komandiri və digər yüksək rütbəli hərbi qulluqçular tutduqları vəzifələrdən azad ediliblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!