Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı 

Maraqlı

21 Dekabr 2023 12:34 801


2024-cü il yanvarın 23-dən aprelin 12-dək Ermənistanda birinci ehtiyat qrupunun birinci və ikinci dərəcəli ehtiyatda olan hərbçiləri üçün təlim-məşq toplanışları elan ediləcək. 

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimdə 2838-dək nəfərin iştirakı planlaşdırılıb. 

Onlardan 2579-u sıravi və kiçik zabitlər, 98-i yüksək rütbəli zabitlər, 161-i birləşmiş zabitlər korpusunun (motoatıcı, siqnal, kəşfiyyat, mühəndis, raket və artilleriya qoşunları) ehtiyatda olan hərbçiləridir.  Dördpendirli pizza

Elan edilmiş təlim məşğələlərinə hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!